Qəzetdə Selim Tuncer, Ənvər Hüseynov, Rüstəm Məmmədov, Vüsal Qəmbərov, Rafiq Hunaltay, Kübra Kərimli və s. spesialistlərin məqalələri yer almışdır. Müsahibə rubrikasının qonağı isə Azersun Holdingin marketinq üzrə vitse prezidenti Azmi Arslandır.
Bugündən etibarən qəzət şirkətlərin marketinq şöbələrinə paylanmağa başlayıb.
Xatırladaq ki, qəzetin sahibi Genna’Baku agentliyi İstanbul mərkəzli olub, keçən il may ayından Azərbaycanda fəaliyyət göstərir. Modern Group, Koroğlu, Bank of Baku, Taj Group və s. şirkətlərlə əməkdaşlıq edir.